TDƏŞ ölkələri arasında iqtisadi zonalara dair təcrübə mübadiləsi haqqında sənəd imzalanacaq

    İQTİSADİYYAT

    10 Sentyabr 2021 | 11:35

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olan ölkələr arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanacaq.

    Pressa xəbər verir ki, memorandum imzalanması Azərbaycanda Xüsusi İqtisadi Zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsinə, TDƏŞ üzvlərinin bu sahədə inkişafından yararlanmasına, təcrübə mübadiləsi baxımından TDƏŞ ölkələri arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı öz töhfəsini verəcək.

    Memorandum çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası üçün tərəflərin müvafiq institutları tərəfindən birgə başçılıq edəcək birgə işçi qrupun yaradılması nəzərdə tutulur.

    İmzalanması nəzərdə tutulan Anlaşma Memorandumunun icrasına cavabdeh orqanlar Azərbaycan İqtisadiyyat Nazirliyi, Qazaxıstanın Sənaye və İnkişaf Nazirliyi, Qırğızıstanın İnvestisiya Nazirliyi və Türkiyə Ticarət Nazirliyi, Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət nazirliyidir.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024