Tanınmış dilçi Yaşar Məmmədli vəfat edib

    ÖLKƏ

    20 Iyul 2021 | 10:35

    Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

    Universitetdən Pressa-ya verilən məlumata görə, 64 yaşında dünyasını dəyişən Yaşar Məmmədli 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti idi.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024