Tanınmış alim Arif Acaloğlu Bakıda yol qəzasında həlak olub, hadisəni KTM-in şöbə müdiri törədib

    HADİSƏ

    16 Noyabr 2023 | 12:46

    Bakıda tanınmış alim yol qəzasında həlak olub.

    Pressa xəbər verir ki, professor Arif Acaloğlu yol qəzasında həlak olub.

    Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

    Sürücü "Mercedes" markalı avtomobil ilə H.Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən stadionla üzbəüz yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.

    Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

    Qeyd edək ki, türkoloq alimin, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə konfransda iştirak üçün Bakıya gəldiyi bildirilir.



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023