Tam elektrikli Rolls-Royce Spectre

    SON XƏBƏRLƏR

    28 Iyul 2022 | 17:23

    TAM ELEKTRİKLİ ROLLS-ROYCE SPECTERE FRANSANIN CƏNUBUNDA KEÇİRİLƏN SINAQLARIN İKİNCİ MƏRHƏLƏSİNDƏDİR

    2021-ci ilin sentyabrında Rolls-Royce ilk tam elektrikli Spectre modelinin sınaqlarının başlandığını elan etdi. Spectre-in ilk növbədə əsl Rolls-Royce standartlarına uyğun olmasını təmin etmək üçün model, brendin tarixində ən tələbkar sınaq proqramından keçəcək. Proqramda, ümumi qət olunacaq yol 2,5 milyon kilometr olacaq ki, bu da Rolls-Royce-un orta hesabla 400 ildən çox istismarına  bərabərdir - və bu, müstəsna bir təcrübədir.

    “Spectere, “Architecture of Luxury” platformasında tam elektrikli güc aqreqatından istifadənin potensialını açır. Bu başlanğıc nöqtəsindən, modelin sınaqdan keçirilməsi prosesi insan təcrübəsinə, intuisiyaya və bir əsr ərzində əldə edilmiş biliklərə əsaslanır ki, bu da avtomobilin hərəkət dinamikasını və xarakterini öyrənməyə imkan verir. Bu sistem sürücüyə və yol şəraitinə son dərəcə dəqiq cavab verən proqram və ən son dəyişikliklər sayəsində, Spectre modelində Rolls-Royce-un ən qabaqcıl idarəetmə təcrübəsini təqdim edir.”
     
    Dr. Mihiar Ayoubi, Rolls-Royce Motor Cars Mühəndislik şöbəsinin Direktoru.
     
    ROLLS-ROYCE SPECTRE: FRANSANIN CƏNUBUNDA VƏ PROVANSDA KEÇİRİLƏN SINAQLAR.
     
    Spectre Fransanın cənubunda keçirilən sınaqda 625.000 km məsafə qət edəcək. Bu sınaq mərhələsi iki hissədən ibarət olacaq. Birinci mərhələ Miramasdakı tarixi aerodromda baş tutacaq. Məhz bu trasda 1926-cı ildə dünya Qran Prisinin yarışları keçirildi. Burada Spectre modelini  yüksək sürətlə sınamaq üçün 60 km-dən çox qapalı marşrut və 3,1 mil uzunluğunda, yüksək enmə bucaqlı, üç zolaqlı hissə də daxil olmaqla geniş sınaq imkanları təmin edən 20 sınaq yolu ilə yanaşı ən müasir sınaq və inkişaf mərkəzi var. 
     
    Bu bölgədə sınaqların ikinci mərhələsi Miramas şəhərinin yaxınlığındakı Provans kəndlərində və Kot d'Azurda keçirilir. Oxşar sınaqlar dünyanın brend üçün digər vacib nöqtələrində də keçiriləcək.
     
    ROLLS-ROYCE SPECTRE: İNCƏ DİZAYN EDİLMİŞ ELEKTRON SİSTEM
     
    Spectre indiyədək rəqəmsal cəhətdən ən inkişaf etmiş Rolls-Royce-dur və hər bir element digər Rolls-Royce-lara müqayisədə daha intellektualdır. İkitərəfli rabitə həddi 141,200 rəqəminə çatdı - bu, digər Rolls Royce modellərindən demək olar ki, üç dəfə çoxdur.
    Əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş intellektual komponent,Spectre-in bort elektronika və elektrik hərəkət sistemi arasında sərbəst məlumat axınını təmin etdi. Bunun üçün mühəndislər, qeyri-mərkəzləşdirilmiş intellekt hazırlamalı idilər: məlumatlar mənbəyə daha yaxın işlənir və vahid mərkəzi prosessor tərəfindən paylaşılmır, buna görə də avtomobilin reaksiya müddəti daha sürətli və daha dəqiq olur.
     
    Bununla belə, Spectre-nin inkişafı yalnız kompüter elmləri ilə məhdudlaşmır. Fransanın cənubunda keçirilən sınaq proqramı zamanı brendin təcrübəli mühəndisləri hava, sürücü davranışı, avtomobil şəraiti və yol şəraiti kimi amillərə əsaslanan cavablar da daxil olmaqla 25.000-dən çox Spectre funksiyasının hər biri üçün xüsusi idarəetmə vasitələri hazırlayıblar. Bu, Rolls-Royce brendinin mühərriklərinin davamlılığını və  məşhur idarəetmə rahatlığını təmin edir. Brend ekspertləri nəticəni "Ən qabaqcıl Rolls-Royce" adlandırıblar.
     
    ROLLS-ROYCE SPECTRE:  'UÇAN XALÇA' TƏSVİRİ
     
    Aylarla davam edən sınaqlardan sonra idarəolunarkən, sehrli xalça uzərində uçuşu xatırladan Rolls-Royce avtomobilini təqdim etmək üçün yeni asma texnologiyası təsdiq edildi. Yeni komponentlər dəstindən və Spectre-in yüksək sürətli emal imkanlarından istifadə edərək, elektron sabitləşdirmə sistemi qarşıdakı yol səthini oxuyan “Flagbearer” sistemindən və peyk naviqasiya sistemindən alınan məlumatlardan istifadə edərək qarşıdaki döngələr haqqında məlumat verir.
     
    ROLLS-ROYCE SPECTERE: İNTELLEKTUAL DİZAYN DAVAMLILIĞI TƏMİN EDİR
     
    Patentli alüminium çərçivə dizaynı, dəqiq idarəetməni təmin edir. Yalnız Rolls-Royce üçün nəzərdə tutulan bu dizayn nəinki Rolls-Royce avtomobilinin yeni sinfini və tam elektrikli superkupesini yaratmağa imkan verdi, həm də Spectre-i brendin tarixində ən sərt kuzovla təmin etdi.

    Spectre-nin alüminium konstruksiyası müstəsna burulma sərtliyinə zəmanət verən polad profillərlə gücləndirilmişdir. Modelin dizaynında Rolls-Royce avtomobillərində tapıla bilən ən böyük kuzov hissələrindən istifadə edilir. Bir parça yan panel demək olar ki, dörd metr uzunluğundadır. 1,5 metr uzunluğunda arxa qapılar Rolls-Royce brendinin tarixində ən uzun qapılardır.
     
    Bütün mövcud Rolls-Royce avtomobillərindən 30%  daha yüksək sərtliyi, son dərəcə sərt batareya dizaynını alüminium çərçivəyə inteqrasiya etməklə əldə edilmişdir.
     
    ROLLS-ROYCE SPECTRE: AERODİNAMİKADA YENİ STANDART
     
    Miramasda ciddi aerodinamik tunel sınağı, rəqəmsal simulyasiyalar və davamlı yüksək sürət sınaqları nəticəsində Spectre-in sürtünmə əmsalı (cd) 0,25 olduğu təsdiqləndi. Bu, təkcə Rolls-Royce üçün rekord deyil, həm də lüks seqmentdə görünməmiş rəqəmdir.
    “Spectre-in indiyə qədər ən çox gözlənilən Rolls-Royce olduğunu söylüyə bilərik. Daxili yanma mühərrikinin məhdudiyyətlərindən azad olan bu akkumulyatorlu elektrikli avtomobil brendin 118 illik tarixində Rolls-Royce-un ən təmiz təsviridir. Hazırkı sınaq mərhələsi Rolls-Royce-un parlaq, cəsarətli, tam elektriklə işləyən gələcəyə doğru simvolik keçidini təsdiqləyir. Bu, brendimizin gələcək nəsillər üçün davamlı aktuallığını təmin edəcək”.

    Torsten Müller-Ötvös, Rolls-Royce Motor Cars-ın Baş Direktoru.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024