Taliban Rusiyanın onları terrorçu siyahısından çıxarmaq planını alqışlayıb

    DÜNYA

    25 Oktyabr 2021 | 08:33

    “Rusiya Prezidenti Vladimir Putinin radikal “Taliban” hərəkatının terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü ilə bağlı sözlərini alqışlayırıq.

    Pressa xəbər verir ki, bunu Əfqanıstan müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahar Bəlxi “Twitter” səhifəsində yazıb.

    Bəlxi əlavə edib ki, müharibə sona yaxınlaşdıqca, dünya dövlətləri də Əfqanıstana münasibətdə müsbət dəyişikliklər etməlidir: “Biz beynəlxalq ictimaiyyətlə qarşılıqlılıq prinsipi əsasında yaxşı münasibətlərə can atırıq”.

    Xatırladaq ki, oktyabrın 21-də Valday Beynəlxalq Klubunun iclasında çıxış edən V.Putin “Taliban”ın terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyünü bildirərək, bununla bağlı Moskvanın mövqeyini vurğulayıb.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024