Taleh Kazımov sığorta agentləri ilə görüşüb

    İQTİSADİYYAT

    31 May 2023 | 16:32

    Azərbaycan Mərkəzi Bankında sığorta bazarında peşəkar iştirakçıları olan sığorta agentləri ilə görüş keçirilib

    Pressa xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.

      "Azərbaycan Mərkəzi Bankında sığorta bazarında fəal olan sığorta agentləri ilə görüşümüz olub. Sığorta bazarının böyüməsində sığorta agentlərinin rolunun gücləndirilməsi məsələləri müzakirə edilib. Sığorta bazarının mühüm peşəkar iştirakçısı olan sığorta agentləri ilə sığorta bazarının inkişaf məsələləri təhlil olunub, həmçinin sığorta agenti institutunun gücləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb", - T. Kazımov əlavə edib.



      XƏBƏR LENTİ

      25 Sentyabr 2023
      23 Sentyabr 2023
      22 Sentyabr 2023
      21 Sentyabr 2023
      20 Sentyabr 2023
      19 Sentyabr 2023