Tacikistan Prezidenti: Xalqlarımızın maraqlarına cavab verən əlaqələrin dinamik inkişafından məmnunuq

    SİYASƏT

    23 May 2023 | 16:34

    Biz ikitərəfli münasibətlərin konstruktiv atmosferindən və əlbəttə ki, ölkələrimizin xalqlarımızın köklü maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələrinin dinamik inkişafından məmnunuq.

    Pressa xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Prezident İlham Əliyevə təbrik məktubunda deyilir.

      “Sizin bu yaxınlarda Tacikistana dövlət səfəriniz zamanı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik icrası uzunmüddətli perspektivə istiqamətlənmiş səmərəli Tacikistan-Azərbaycan əməkdaşlığına yeni impuls verəcək”, - məktubda vurğulanır.



      XƏBƏR LENTİ

      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024