Şuşada ICESCO-nun regional ofisi açılacaq

    MƏDƏNİYYƏT

    02 Dekabr 2021 | 14:47

    “ICESCO-nun regional ofisinin Şuşada fəaliyyət göstərməsi nəzərdə tutulur”.

    Pressa-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

    Nazir bildirib ki, Azərbaycanda ISESCO-nun regional ofisi fəaliyyətə başlayacaq: "Regional ofisin açılması ilə bağlı son dövlətdaxili prosedurlar yekunlaşmaq mərhələsindədir. Hətta artıq regional ofisin Azərbaycanda yerləşdirilməsi üçün layihə İCESCO tərəfinə göndərilib. Razılaşdırılandan sonra onun rəsmi imzalanması olacaq. Çox sevindirici haldır ki, regional ofis Şuşada fəaliyyət göstərəcək. Bilirik ki, Şuşada hazırda yenidənqurma işləri həyata keçirilir. Buna görə də ISESCO-nun regional ofisi açılana qədər müvəqqəti olaraq Bakıda öz işini görəcək”.

     



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024