"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

    İDMAN

    28 Sentyabr 2022 | 10:11

    "Sumqayıt" komandasının sabiq baş məşqçisi Aleksey Baqa Belarus yığmasına rəhbərlik edə bilər.

    Pressa-nın məlumatına görə, iddianı yerli “Pressball” qəzeti irəli sürüb.

    41 yaşlı mütəxəssisin bu posta namizəd olduğu bildirilib. Baqadan başqa digər namizəd "Minsk"in baş məşqçisi Vadim Skripçenkodur.

    Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında "Sumqayıt"ın baş məşqçisi təyin olunmuşdu. Klub sentyabrın 21-də onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Belarus yığması UEFA Millətlər Liqasında Azərbaycan seçməsi ilə eyni qrupda mübarizə aparıb. Komanda qrupu 3 xalla sonuncu pillədə başa vuraraq D Liqasına düşüb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024