Sumqayıtdakı gənc döyülmə nəticəsində ölübmüş

    ÖLKƏ

    07 Iyun 2021 | 11:10

    Sumqayıt şəhər prokurorluğu ötən gün baş vermiş ölümlə bağlı məlumat yayıb. 

    Pressa xəbər verir ki, “Qafqazinfo”ya bildirilib ki, iyunun 06-da şəhər sakini Vahid İmanlının almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

    İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. 

    İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024