Sumqayıtda meyiti tapılan körpə dənizdə öldürülübmüş - Atası tutuldu

    HADİSƏ

    01 Aprel 2024 | 11:12

    Sumqayıtda dəniz sahilində meyiti tapılan uşağın atası həbs edilib.

    Pressa Sumqayıt Şəhər Prokurorluğuna istinadən xəbər verir ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

    Qeyd edək ki, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024