Sumqayıtda itkin düşən məktəbli tapılıb - FOTO

    SON XƏBƏRLƏR, ÖLKƏ

    20 Sentyabr 2022 | 23:12

    Bu gün itkin düşən Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdi Nihad Pənahov tapılıb.

    Pressa xəbər verir ki, o hazırda Sumqayıt şəhər 4-cü Polis bölməsindədir.

    Qeyd edək ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdi Nihad Pənahov bu gün günorta saatlarında itkin düşüb. Şagird tezdən dərsə gedib. 7 dərsi olan Nihad 5-ci dərsdən sonra yoxa çıxıb.

    Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

    Onu da bildirək ki, 2010-cu il təvəllüdlü Nihad Pənahov 7-ci sinif şagirdidir.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024