Sumqayıtda içməli suyun verilməsində məhdudiyyət olacaq

    ÖLKƏ

    25 Yanvar 2022 | 13:38

    Sumqayıtda içməli suyun verilməsində məhdudiyyət olacaq.

    Pressa-nın məlumatına görə, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən, Saray qəsəbəsindən 85.75 səviyyəsindən gələn, diametri 450 mm-lik su kəmərinin 9-cu mikrorayon ərazisindən keçən hissəsində ("Gənclik" marketin qabağı) qəza baş verib.

    Qəzanın qarşısının alınması məqsədi ilə 25 yanvar tarixində saat 23:00-dan 26 yanvar 18:00-a qədər 1-ci mikrorayonun bir hissəsi, 2-ci mikrorayon tam olaraq, 4-cü mikrorayonun bir hissəsi, 5-ci mikrorayonun bir hissəsi, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonların 9 mərtəbələri, 34-cü məhəllə, 45-ci məhəllənin bir hissəsi, 47-ci məhəllə, Corat qəsəbəsinin bir hissəsi, həmçinin Yaşıldərə yaşayış massivində suyun verilişi dayandırılacaq.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024