Sumqayıtda 1 saylı tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib - FOTO

    TƏHSİL

    05 Noyabr 2022 | 14:52

    Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin 3ç sinfində Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib.

    Pressa xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb.

    Vətənpərvərlik ruhunda keçirilən tədbirdə şagirdlər milli ruhda musiqilər ifa edib, müxtəlif rəqs nömrələri nümayiş etdiriblər. 

    Bununla yanaşı, şagirdlər "Dəmir yumruq" adlı silsilə şeirlər söyləyiblər. 

    Daha sonra sinif rəhbəri Zülfiyyə Məmmədovanın təşəbbüsü ilə Şəhid ailəsi ilə görüşdə iştirak ediblər.
     



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024