• Bakı 29° C

    1.86 m/s

  • USD - -

    RUB - -

    EUR - -

Sumqayıt Tibb Mərkəzi yaradıldı

ÖLKƏ

16 Iyul 2021 | 17:50

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.

Bu barədə Pressa-ya sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər Səhiyyə İdarəsi hazırda Gəncə Birləşmiş Şəhər Xəstəxanası adı altında fəaliyyət göstərir:

“Sumqayıt Tibb Mərkəzi və Gəncə Birləşmiş Şəhər Xəstəxanası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərirlər. Bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir. İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir”.



SON XƏBƏRLƏR

05 Avqust 2021
04 Avqust 2021
03 Avqust 2021
02 Avqust 2021
31 Iyul 2021
30 Iyul 2021
29 Iyul 2021
28 Iyul 2021
27 Iyul 2021
26 Iyul 2021