Sumqayıt nümayəndəliyi özünün gənclər qolunu yaratdı-FOTOLAR

    ÖLKƏ

    04 Dekabr 2023 | 11:41

    Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyi gənclər qolunu təsis edib. 
    İcmanın Sumqayıt şəhər nümayəndəliyindən Pressa-ya verilən məlumata görə, toplantıya  müxtəlif sahələrdə çalışan, ölkənin ictimai-mədəni sferasında fəal rol oynayan əslən Qərbi Azərbaycandan olan gənclər dəvət edilib.
    Yığıncağı giriş sözü ilə açan QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov əvvəlcə gənclərə dəvəti qəbul edib gəldikləri üçün öz minnətdarlığını bildirərək, onlara İcmanın İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərlinin salamını çatdırıb. 
    İcmanın məramından və bu işdə gənclərin rolunun əhəmiyyətindən danışan R.İsmayılov bildirib ki, "Qayıdış Konsepsiyası" günümüzdə Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən birinə çevrilib. "Bu işdə isə xüsusən Qərbi Azərbaycan əsilli gənclərin fəallıq göstərib, prosesin önündə getməsi vacibdir. Ona görə də Sumqayıt şəhər nümayəndəliyi olaraq biz də Gənclər Birliyimizi yaratmaq qərarına gəldik", - deyə R.İsmayılov qeyd edib. O, yeni yaradılan strukturun fəallığının artırılması və genişləndirilməsi üçün Cəfərov Elman Telman oğlunu QAİ Sumqayıt nümayəndəliyinin Gənclər Birliyinin sədri, Almuradlı Kamal Rövşən oğlunu isə sədr müavini olaraq gənclərə təqdim edib. 
    Göstərilən etimada görə minnətdarlığını bildirən Elman Telmanoğlu, keçdiyi həyat yolu haqqında tədbirə qatılanlara məlumat verib. Bu işin məsuliyyətli, şərəfli eyni zamanda 
    prinsipiallığının fərqində olduğunu toplantı iştirakçılarının nəzərinə çatdıraran E.Telmanoğlu üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmək üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
    Daha sonra özü haqqında məlumat verən K.Almuradlı, ona həvalə olunan işin sürətləndirilməsi üçün potensialını maksimum nümayiş etdirəcəyini və göstərilən etimadı doğruldacağını vurğulayıb.  
    Hər iki şəxsin nitqi dinlənildikdən sonra görüşə qatılan bir neçə gənc çıxış edərək, öz doğma ata-baba yurdlarına qayıtmaları üçün istər real həyatda, istərsə də virtual aləmdə tam gücləri ilə bu işin təbliğatçısı olacaqlarını dilə gətiriblər. 
    Toplantıya qatılan QAİ Sumqayıt şəhər nümayəndəliyinin İdarə Heyətinin üzvləri Xankərəm Vəliyev, Alı Alıyev, Ağsaqqallar Şurasının sədri Aftandil Nuriyev və təqaüddə  olan polis-polkovniki Ağakişi Allahverdiyev çıxış edərək yeni yaradılan birliyin bütün üzvlərini təbrik edərək uğurlar arzulayıblar. Onlar Azərbaycan prezidenti İlham Əliyevin başladığı bu  müqəddəs missiyanın uğurla həyata keçəcəyinə tam inandıqlarını bildirməklə yanaşı, gəncləri bu addımların təsirli və həlledici olması üçün bütün imkanlarını ortaya qoyaraq onlara dəstək verəcəklərinə əmin ediblər.
    Səmimi ortamda keçən yığıncağın sonunda Ramiz İsmayılov və digər iştirakçılar iclasın keçirilməsi üçün  “Yeni Həyat” restoranına yaratdığı imkana görə, nümayəndəliyin Ağsaqqalar Şurasının üzvü Sədrəddin İsmayılova təşəkkürlərini bildiriblər.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024