Sumqayıt marşrutlarında kart sistemi ilə ödəniş dayandırılır

    ÖLKƏ

    21 Noyabr 2021 | 02:42

    Sumqayıtda avtobuslarda kart sistemi ilə ödəniş müvəqqəti dayandırılır.

    Bu barədə Pressa-ya  özəl olaraq “Sumqayıt Nəqliyyat” MMC-dən məlumat verilib.

    Bildirilib ki, 22 noyabr 2021-ci il tarixdən etibarən Sumqayıt şəhərində fəaliyyət göstərən avtobuslarda validator və yeni sistemdə yaranan problemlər nəzərə alınaraq kartla ödəniş müvəqqəti olaraq dayandırılır. 

    "Yaranan problem nəyinki vətəndaşlara, hətta şirkətə də maddi ziyan vurub. Kart sistemində yaranan problemin araşdırılıb aradan qaldırılmasını planlaşdırırıq. Əks halda başqa, yeni bir sistemə keçidlə bağlı müəyyən addımlar atılacaq. Bununla bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Hələ ki, vətəndaşlar əvvəlki qaydada ödənişlərini həyata keçirərək avtobuslardan istifadə edə bilərlər" - qurumdan bildirilib.

    Qeyd edək ki, Sumqayıtda ötən aydan ictimai nəqliyyatda tətbiq olunan kart sistemi vətəndaşlar arasında müəyyən narazılığa səbəb olub. Belə ki, vətəndaşlar satışda yetərincə kartın olmaması ilə yanaşı, satılan yüzlərlə kartın da bloka düşdüyünü deyiblər. Nəticədə gediş haqqını ödəmək istəyən sərnişinlərin kartından pul çıxılır, amma validatorların ekranında kartın işləmədiyi ilə bağlı məlumat göstərilir. Bir sözlə, yeni sistemin tətbiqi ilə yaranmış problemlər vətəndaşların haqlı narazılığı ilə qarşılandı.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024