Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb

    İQTİSADİYYAT

    17 Noyabr 2023 | 15:11

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

    Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında "Əsasnamə” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.

       



      XƏBƏR LENTİ

      04 Dekabr 2023
      02 Dekabr 2023
      01 Dekabr 2023
      30 Noyabr 2023
      29 Noyabr 2023
      28 Noyabr 2023