Sudanda etiraz aksiyalarında ölənlərin sayı 40-a çatıb

    DÜNYA

    21 Noyabr 2021 | 09:23

    Sudanda keçirilən nümayişlər zamanı başından və ayağından güllə xəsarətləri alaraq yaralanan 16 yaşlı Məhəmməd Adem dünyasını dəyişib.

    Pressa “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi məlumat yayıb.

    "Oktyabrın 25-dən bəri təsdiqlənmiş ölənlərin sayı 40-a çatıb", - məlumatda deyilir.

    Qeyd edək ki, mülki administrasiya tərəfdarları artıq bir neçə gündür etiraz aksiyalarına başlayıblar

    Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan oktyabrda baş nazir Abdullah Hamduq və bir sıra mülki vəzifələrin rəhbərlərini vəzifələrindən uzaqlaşdıraraq ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

    Ordunun idarəçiliyə müdaxiləsinə əleyhinə olan mülki hakimiyyət tərəfdarları küçələrə çıxaraq etiraz etməyə başlayıblar.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024