Şoyqu Ukraynanın son 6 ayda verdiyi itkiləri açıqlayıb

    DÜNYA

    01 Dekabr 2023 | 15:56

    Ukraynanın əks-hücumu zamanı Kiyev 6 ay ərzində 125 mindən çox canlı qüvvəsini itirib.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

      Onun sözlərinə görə, Ukraynada ümumi səfərbərlik, Qərb silahlarının tədarükü və Ukrayna komandanlığının strateji ehtiyatlarının hərbi əməliyyatlara cəlb edilməsi döyüş meydanındakı vəziyyəti dəyişməyib.

      Rusiya MN başçısı Ukrayna tərəfinin son altı ayda itkilərini də açıqlayıb.

      "Əks-hücum adlandırılan altı ay ərzində Ukrayna 125 mindən çox insan və 16 min ədəd silah-sursat itirib", deyə Şoyqu vurğulayıb.

       



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024