SOCAR Gürcüstanda qeyri-əhali abonentləri üçün qazın qiymətini artırıb

    İQTİSADİYYAT

    01 Dekabr 2021 | 12:57

    "SOCAR Georgia Gas" şirkəti bu gündən Gürcüstanın bölgələrində qeyri-əhali abonentləri üçün qazın 1 kubmetrinin qiymətini 20 tetri (0,11 manat) artırıb.

    Apanın yerli bürosu xəbər verir ki, qiymət artımından sonra "SOCAR Georgia Gas"ın tədarük edəcəyi kommersiya qazının 1 kubmetrinin qiyməti 1,15 lari (0,63 manat) təşkil edəcək.

    Qeyd edək ki, şirkət qiymət artımını xidmət xərclərinin artması və Gürcüstan milli valyutasının mübadilə qiymətinin dəyişməsi illə əlaqələndirib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024