SN: Bayram şirniyyatı yeməzdən əvvəl sirkəli, limonlu su qəbulu yanlışdır

    SON XƏBƏRLƏR

    15 Mart 2023 | 14:45

    Bayram şirniyyatı yeməzdən əvvəl sirkəli, limonlu su qəbulu yanlışdır. Bu pasientlər gec-tez mədə problemi yaşayacaqlar.

    Pressa xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxssis-eksperti qastroenteroloq Emin Məmmədov deyib. Həkimin sözlərinə görə, hətta mədəsində problemi olan insanlarda isə xəstəlik ağırlaşa bilər:

      “Eyni zamanda, bu cür vasitələrdən istifadə edən insanlar bayram yeməklərindən zəhərlənə bilərlər. Çünki sodalı su özü mədə turşusunu neytrallaşdırır”.

      Həkim qeyd edib ki, şəkərli diabetdən əziyyət çəkən insanlar daha diqqətli olmalıdırlar:

      “Diabetik pasiyentlər mütləq şəkər dərmanlarını vaxtlı-vaxtında qəbul etsinlər. Onlar çalışmalıdırlar ki, bayram şirniyyatlarından mümkün qədər az istifadə etsinlər. Onlar süfrədə və ya televizor qarşısında əyləşərək gün ərzində normadan artıq şəkər qəbuluna məruz qalırlar”.

      Həkim bildirib ki, bayram günlərində qoyun əti, yağlı qidaların da az qəbul edilməsi məsləhət görülür:

      “İnsanlar çalışmalıdırlar ki, bayram günlərində qidalarına fikir verməklə yanaşı daha çox gəzsinlər, hərəkətdə olsunlar. Alınan kalorinin xərclənməsi üçün az yemək, çox hərəkət etmək lazımdır. İnsan orqanizmi elədir ki, çəkini rahat alır, amma kalori itirməyi çətin olur. Buna görə yeyilən qidalara fikir vermək, az yemək və daha çox hərəkətdə olmaq lazımdır".

       



      XƏBƏR LENTİ

      18 Mart 2024
      17 Mart 2024
      16 Mart 2024
      15 Mart 2024
      14 Mart 2024
      13 Mart 2024
      12 Mart 2024
      11 Mart 2024