Şimal bölgəsində 30 santimetrə qədər qar yağıb

    ÖLKƏ

    02 Dekabr 2021 | 10:26

    Ötən gün axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

    Pressa-nın verdiyi məlumata görə, ən çox qar Qubanın Qrız və Qusarın Ləzə kəndlərində qeydə alınıb. Bu ərazilərdə qarın hündürlüyü 30 santimetrə çatır.

    Qubanın Xınalıq kəndində 25, Xaltanda 10, Qusarın Həzrə kəndində 4, Xızının Altıağac qəsəbəsində isə 7 santimetr hündürlüyündə qar var.

    Qubanın rayon mərkəzində isə qarın hündürlüyü 1 sm-ə çatıb.

    Temperatur mənfi 7 dərəcəyədək aşağı düşüb.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024