Si Cinpin: "Çin Ukrayna məsələsinin həllində konstruktiv rol oynamağa hazırdır"

    DÜNYA

    21 Mart 2023 | 09:52

    Çin Sədri Si Cinpin bildirib ki, ölkəsi Ukrayna məsələsinin siyasi həllinin təşviqində konstruktiv rol oynamağa davam etməyə hazırdır.

    Pressa xəbər verir ki, bu barədə o, Rusiya lideri Vladimir Putinlə qeyri-rəsmi görüşü zamanı o vurğulayıb.

      Onun sölərinə görə, Ukrayna məsələsində sülhün və ağıl üstünlük təşkil edir.

      Si Cinpin deyib ki, əksər dövlətlər vəziyyətin yumşaldılmasına, barışıq və danışıqların təşviqində maraqlıdırlar.

      "Tarixən münaqişələr həmişə dialoq və danışıqlar yolu ilə həll olunub", - deyə Çin Sədri bildirib.

      Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti həll etmək üçün təkliflər dərc edib.

      Plan 12 bənddən ibarətdir. Burada sülh danışıqlarının başlanmasına və atəşkəsin əldə olunmasına çağırış yer alıb.

      Həmçinin Çin tərəfi yalnız yeni problemlər yaradan birtərəfli sanksiyalara qarşıdır.

      Putin Si Cinpinlə görüşdə bildirib ki, Rusiya tərəfi Ukrayna münaqişəsinin həlli ilə bağlı Çinin təklif etdiyi planı diqqətlə oxuyub.

      O əlavə edib ki, Rusiya tərəfi Pekinin ədalət prinsiplərindən çıxış etdiyini anlayır.



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024