Səudiyyə Ərəbistanı millisinin futbolçusunun çənəsi sınıb

    İDMAN

    23 Noyabr 2022 | 10:48

    Qətərdə keçirilən dünya çempionatında Argentina ilə oyunda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Al Şahraninin durumunun ciddi olduğu müəyyənləşib.

    Pressa-nın məlumatına görə, 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.

    Oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Şahraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.

    Qeyd edək ki, yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Al Şahranini vurub.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024