Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək

    DÜNYA

    05 Dekabr 2022 | 10:38

    Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

    Pressa xəbər verir ki, görüş dekabrın 12-də Brüsseldə baş tutacaq.Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelinin sədrliyi ilə keçiriləcək görüşdə altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri Aİ ölkələrindən olan həmkarları bir araya gələcək.

    İclasda Avropa İttifaqının komissarı Oliver Varhelyi də iştirak edəcək. İclasda, həmçinin Avronest Parlament Assambleyası, Avropa Regionlar Komitəsi/CORLEAP, Avropa İqtisadi və Sosial Komitəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, həmçinin Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da iştirak edəcək.

    İclasda Şərq Tərəfdaşlığının gələcəyi, eləcə də təhlükəsizlik çağırışları və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin bütün region üçün nəticələri müzakirə olunacaq. Aİ-Şərq Tərəfdaşlığı iştirakçıları ŞT-nin regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.

    İştirakçılar həmçinin İqtisadi və İnvestisiya Planını müzakirə edəcəklər.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024