Gələn il səhiyyə xərclərinin büdcə xərclərinin 5,2 %-ni təşkil edəcək.
Pressa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən səhiyyə xərclərinə 1871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz) ayrılması proqnozlaşdırılır.
Xatırladaq ki, bu il səhiyyə xərcləri 1 804 957 451 manat olub. Beləliklə, səhiyyə xərcləri 3,5 faizdən çox artırılır.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.