Şəhid Rövşən Ağamalıyevin anım günü qeyd olunub

    ÖLKƏ

    27 Iyul 2021 | 16:51

    Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ağsaqqallar iştirak edib.

    Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

    Şəhidin ailə üzvləri və qonaqlar şəhid Rövşən Ağamalıyevin döyüş yolundan və igidliyindən danışıblar. Rövşən Ağamalıyev Baloğlan oğlu 07 sentyabr 1975-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Bankə qəsəbə 1 saylı tam orta məktəbini bitirib. Ağdamın Mərzili , İsmayılbəyli , Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərib. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub. Şəhidin medalı Ulu Öndər Heydər Əliyev tərəfindən atası Baloğlan Ağamalıyevə təqdim olunub.

    Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindənn danışıb, Rövşən və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu.

    Sonda şəhid Rövşən Ağamalıyevin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə ediblər. Buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024