Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin sayı açıqlanıb

    ÖLKƏ

    27 Noyabr 2023 | 16:50

    İmtiyazlı şəxslərin mənzillə təminatı onların növbəliliyi əsas götürülür. Yerli icra hakimiyyəti orqanları tərəfindən mənzil məcəlləsinin 56.7 bəndini rəhbər tutaraq həmin ailənin mülkiyyətində olan mənzil sahəsinin ölçüsü nəzərə alınır.

    Pressa xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

      İmtiyazlı şəxslərin mənzillə təminatından danışan nazir deyib ki, postmüharibə dövründə artıq bu kateqoriyadan olan şəxslərə 5500-ə yaxın mənzil təqdim edilib:

      "Bura şəhid ailələri, müharibə əlilləri daxildir. Cari il ərzində 1500 mənzilin təqdim edilməsi plamlaşdırılır. Düşünürük ki, ilin sonunadək cari il üzrə hədəfimizi tam yerinə yetirə biləcəyik. Bu proses çox sürətlə aparılır. Növbəti ildə də hədəflər əsasında bu proqram icra olunacaq”.

       



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024