Səfir: Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir

    ÖLKƏ

    07 Fevral 2023 | 15:16

    Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir.

    Pressa xəbər verir ki, bunu Vyetnamın ölkəmizdə yeni təyin olunan səfiri Danq Min Xoy etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən söyləyib.

    Vyetnam xalqının Azərbaycan tərəfindən çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil alması üçün şəraitin yaradılmasını yüksək qiymətləndirdiyini qeyd edən səfir Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin bu gün də ölkənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib.

    O, hazırda Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil təqaüdü proqramları üzrə vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını diqqətə çatdırıb.

     



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024