Səfir: Tehran Bakı ilə İrəvan arasında dialoq platforması yaratmağa hazırdır

    SİYASƏT

    28 Sentyabr 2022 | 13:36

    İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovla görüşüb.

    Pressa-nın Tehran bürosu xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr, Qafqaz regionunda vəziyyət və İranın fundamental mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.

    Abbas Musəvi beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi və İranın regiondakı həyati və uzunmüddətli maraqlarına zidd olan geosiyasi dəyişikliklərin olmaması ilə bağlı Tehranın mövqeyini çatdırıb.

    Səfir İranın davamlı sülh əldə etmək üçün şimal qonşularına kömək etməyə, eləcə də bunun üçün İranın Tehranda ikitərəfli, üçtərəfli görüşlər və “3+3” regional təşəbbüsünün keçirilməsinə hazır olduğunu bildirib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024