Şaxtalı hava ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

    ÖLKƏ

    05 Dekabr 2022 | 12:23

    Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər və Yardımlı rayonlarına qar yağır.

    Xidmətdən verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.

      Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.



      XƏBƏR LENTİ

      28 Mart 2024
      27 Mart 2024
      26 Mart 2024
      25 Mart 2024
      23 Mart 2024
      22 Mart 2024
      21 Mart 2024
      20 Mart 2024
      19 Mart 2024