Sağlam arıqlamağın sirri açıldı

    ÖLKƏ

    21 Yanvar 2022 | 14:53

    İnsan vücudunun sağlamlığının qorunmasında və arıqlamasında səhər yeməyinin müstəsna rolu var.

    Bəs necə etmək olar ki, həm yaxşı, keyfiyyətli qidalanasan, həm acmayasan, həm də kökəlməyəsən? Arıqlamağa kömək edən səhər yeməyi necə olmalıdır?

    Pressa bildirir ki, mütəxəssislərin fikrinə görə, səhər yeməyinə banan yemək yaxşıdır. Lif və gec həzm olunan karbohidratlarla zəngin olduğundan banan insanı uzun müddət tox saxlayır. Bananı kəsmiyə və ya sıyığa əlavə etmək olar.

    İkinci məhsul yumurtadır. Yumurta da "tutumlu" olduğundan gün boyunca sizi tox tutmağa imkan verəcək.

    Çayın tərkibində kofein olduğundan bədəninizin enerjisini qoruyub saxlamağa imkan verir.

    Kəpəkli çörək uzun müddət acmağınıza imkan vermir.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024