Sabahın hava proqnozu açıqlanıb

    ÖLKƏ

    11 Noyabr 2021 | 13:12

    Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

    ETSN-dəın bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.



    XƏBƏR LENTİ

    02 Dekabr 2021
    01 Dekabr 2021
    30 Noyabr 2021
    29 Noyabr 2021