"Sabah"ın futbolçuları Azərbaycan Premyer Liqasında yubiley oyunlarına çıxıblar

    İDMAN

    02 Fevral 2023 | 14:18

    "Sabah" klubunun futbolçuları Tellur Mütəllimov və Amin Seydiyev Azərbaycan Premyer Liqasında yubiley oyununa çıxıblar.

    Pressa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turda "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri matçda gerçəkləşib.

    Onlar müvafiq olaraq 150 və 100-cü çempionat görüşünü keçiriblər. İkinci hissədə meydana daxil olan Mütəllimov məhz Seydiyevi əvəzləyərək yubileyləri qoşalaşdırıb.

    İlk oyunu 2015/16 mövsümünə təsadüf edən Tellur Mütəllimov “Zirə”də 63 qarşılaşmada 4, “Qəbələ”də 24 matçda 5, “Sumqayıt”da 49 görüşdə 4 qol vurub. O, indiki komandasında 14 dəfə şans qazanıb.

    Debütü 2018/19 mövsümündə reallaşan Amin Seydiyev “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 69 qarşılaşmada 2 qola imza atıb.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024