Sabah Sumqayıtda qazın verilişində fasilə olacaq

    ÖLKƏ

    14 Noyabr 2023 | 18:48

    Noyabrın 15-də Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda təbii qazın verilişində fasilələr yaranacaq.

    Pressa xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib. Məlumata görə, Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı olaraq, Sumqayıt şəhəri 3, 41, 41A, 47, 76-cı məhəllələri, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

    Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər qazın verilişi dayandırılacaq.

     



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023