Sabah ilin sonuncu Günəş tutulması baş verəcək

    ÖLKƏ

    03 Dekabr 2021 | 12:32

    Sabah 2021-ci ilin ikinci Günəş tutulması baş verəcək.

    N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu, tam Günəş tutulması olacaq. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.

    Qeyd edək ki, ilin ilk Günəş tutulması iyunun 10-da olmuşdu.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024