Sabah hava yağmursuz olacaq

    ÖLKƏ

    22 Noyabr 2021 | 13:24

    Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

    ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən havanın temperaturu gecə 6-9° isti, gündüz 11-15° isti,Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

    Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Tibbi-meteoroloji proqnoz

    Noyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında gava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

    Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.



      XƏBƏR LENTİ

      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024
      08 Aprel 2024