• Bakı 13° C

    8.85 m/s

  • USD - -

    RUB - -

    EUR - -

Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

ÖLKƏ

14 Sentyabr 2021 | 18:00

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib.

Dövlət Yol Polisi İdarəsindən daxiil olan müraciətdə deyilir:

15 sentyabr 2021-ci il tarixdə saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyərin şəhərin küçə və meydanlarında yürüşləri aşağıda göstərilən marşrutlar üzrə təşkil olunması nəzərdə tutulub.

1-ci marşrut: Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önü – İçərişəhər metrosu – İqtisadiyyat Universitetinin binası – Qala Qapısı – “AzNeft” dairəsi – Bəhram Gur heykəli

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla hər qoşun növünə aid bir qutu 50 nəfərdən ibarət Hərbi orkestr

2-ci marşrut -Səməd Vurğun bağı - 28 May küçəsi - Bülbül Prospekti -Neftcilər Prospekti - Azadlıq Meydanı;

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla qeyd olunan istiqamətlərdə vətəndaşların yola çıxmaması, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və tədbir iştirakçılarının maneəsiz hərəkəti üçün zəruri sayda polis əməkdaşları ayrılmaqla müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin ediləcək”.



XƏBƏR LENTİ

23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021