Sabah Bakıda 22 dərəcə isti olacaq

    ÖLKƏ

    02 Dekabr 2023 | 12:56

    Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Pressa-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

      Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

      Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq.

      Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.

      Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

       



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024