Rusiyada 5,6 bal gücündə zəlzələ olub

    DÜNYA

    23 Oktyabr 2021 | 09:04

    Rusiyanın Tuva muxtar respublikasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

    Pressa xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

    Moskva vaxtı ilə 02.03-də baş verən zəlzələ 5,6 gücündə qiymətləndirilib.

    Təəbiət hadisəsinin episentri Çadan şəhərindən 7 kilometr aralıda, Dzun-Xemçik bölgəsində yerləşib.

    İlkin olaraq 5,1 bal gücündə olduğu açıqlanan seysmik hadisənin episentrində intensivlik 6,3 bal olub.

    Yeraltı təkanlar respublikanın qərb rayonlarında hiss olunub, itkilər və dağıntılar barədə məlumat verilməyib.

     



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024