Rusiya yeni epidemiya və pandemiya riski barədə xəbərdarlıq edib

    DÜNYA

    16 Noyabr 2023 | 15:18

    Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın günahı ucbatından yeni epidemiya və pandemiya riski barədə xəbərdarlıq edib.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, Mərkəzi Federal Dairədəki vəziyyətlə bağlı müşavirədə çıxış edən Patruşev biotəhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlərin müzakirəsini təklif edib.

    “Müasir şəraitdə bioloji təhlükəsizliyin təmin edilməsi məsələsinin aktuallığı, ilk növbədə, ABŞ və onun müttəfiqlərinin, o cümlədən Ukrayna ərazisində hərbi-bioloji fəaliyyətləri nəticəsində yaranan yeni, əvvəllər məlum olmayan xəstəliklərin, epidemiyaların və pandemiyaların yaranmasına səbəb ola biləcək daxili və xarici təhlükəli bioloji amillərin kütləvi təzahürləri ilə bağlı potensial risk və təhdidlərlə əlaqəlidir”, - deyə Patruşev vurğulayıb.



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023