Rusiya XİN: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prioritetdir

    SİYASƏT

    30 Yanvar 2023 | 12:58

    Bizi Cənubi Qafqaz respublikaları ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadəsində maraqlıdır. Diplomatiyamızın məqsədi də məhz budur.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ötən ilin yekunları ilə bağlı nazir Sergey Lavrovun mətbuat konfransına KİV tərəfindən göndərilən suallara cavabda bildirilib.

    Qeyd olunub ki, Rusiya regionda yığılıb qalmış münaqişə potensialının aradan qaldırılması üçün intensiv işləyir: “Bu baxımdan prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Münasibətlərin normallaşdırılmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğuru bütünlüklə bu üçtərəfli razılaşmalara ciddi riayət olunmasından asılıdır”, - Rusiya XİN-in məlumatında qeyd olunub.

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024