Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

    DÜNYA

    23 Sentyabr 2023 | 11:30

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

    Pressa xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    “Moskva və Tehranın müxtəlif səviyyələrdə siyasi dialoqu və qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti təsdiqlənib”, - deyə bildirib.

    Tərəflər əsasən beynəlxalq mövzular ətrafında maraqlı fikir mübadiləsi aparıb, aktual regional məsələlərə toxunublar.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023