Rusiya Qara dəniz üzərindən uçan Fransa hərbi təyyarələrini vurmaqla hədələyib

    DÜNYA

    22 Fevral 2024 | 16:34

    Rusiya Qara dəniz üzərində uçan Fransa hərbi təyyarələrini vurmaqla hədələyib.

    Pressa xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastien Lekornu deyib.

      “Bir ay əvvəl Rusiyanın hava nəqliyyatına nəzarət sistemi Qara dənizdə Fransa aviavasitəsini vurmaqla təhdid edib, baxmayaraq ki, biz beynəlxalq azad zonada patrul uçuşu həyata keçirirdik”, - nazir deyib.

      Lekornu əlavə edib ki, Moskvanın aqressiv mövqeyi Rusiyanın Ukraynada döyüş meydanında üzləşdiyi çətinliklə izah edilə bilər. O, yaranmış vəziyyəti Soyuq müharibə dövrü ilə müqayisə edib.

      "Biz xüsusilə aqressiv Rusiya mövqeyinin qayıtdığını görürük”, - Lekornu deyib.

       



      XƏBƏR LENTİ

      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024