Rusiya Bankı uçot dərəcəsini 7,5%-dək artırıb

    DÜNYA

    22 Oktyabr 2021 | 15:23

    Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) Direktorlar Şurası bu gün keçirilən iclasda uçot faiz dərəcəsini 6,75%-dən 7,5%-ə artırılması ilə bağlı qərar qəbul edib. Bu, cari il ərzində ardıcıl olaraq altıncı artımdır.

    Pressa xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.

    Rusiya Bankının proqnozuna əsasən, faiz artımından sonra onun orta səviyyəsinin oktyabrın 23-dən ilin sonunadək 7,5-7,7% səviyyəsində, gələn il isə 7,3-8,3% diapazonunda olacağı gözlənilir.

    "2021-ci il yanvarın 1-dən oktyabrın 24-dək orta uçot dərəcənin 5,3% olcağaını nəzərə alaraq, 25 oktyabrdan cari ilin sonunadək onun 7,5-7,7% diapazonunda olacağı proqnozlaşdırılır", - bakın məlumatında deyilir.

    Nəticədə cari ilin sonuna uçot dərəcəsinin ortaillik göstərici 5,7-5,8% təşkil edəcək.

    Eyni zamanda, Rusiya Bankı 2022-ci ildə orta uçot dərəcəsi üzrə gözləntiləri 5-6%-dən 7,3-8,3%-ə, 2023-cü ildə 5,3-6,3%-dən 5,5-6,5%-ə yüksəldib, 2024-cü ildə isə proqnozu sabit saxlayıb – 5-6% səviyyəsində.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024