“Rumıniya Azərbaycanın səmimi və əsl dostudur”

    SİYASƏT

    02 Fevral 2023 | 21:19

    “Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik”.

    Pressa xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatla çıxışında deyib.

    “Sonuncu məsələlərdən biri də Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Qara dəniz hövzəsi regionundakı vəziyyəti cənab Əliyevlə müzakirə etdik. Belə bir mürəkkəb vəziyyətdə həmrəyliyin vacibliyini vurğuladıq və bu məsələlərdə Azərbaycanın da mövqeyini yüksək qiymətləndirdik. Bununla da regional əməkdaşlıq, mənbə və marşrutların şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin təməl prinsipinə əsaslanır. Biz Azərbaycanın etibarlı tərəfdaş olaraq belə layihələri gələcəkdə də irəli sürəcəyinə əminik” - Rumıniya Prezidenti bildirib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024