Ronaldunun Bakıya gəlişi ilklə yadda qalacaq

    İDMAN

    05 Avqust 2021 | 13:51

    Futbol üzrə Azərbaycan millisinin oyunlarında VAR sistemindən istifadə olunacaq.

    Pressa xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, DÇ-2022-nin Avropa seçmə mərhələsində bu ilin sentyabrından etibarən keçiriləcək bütün oyunlarda VAR (video-köməkçi hakim) sistemi tətbiq olunacaq.

    Qeyd edək ki, milli komandamız DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 7-də Bakıda Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya millisi ilə qarşılaşacaq. Məhz ilk olaraq bu matçda VAR sistemi tətbiq olunacaq.

    Xatırladaq ki, daha əvvəl VAR sistemindən Bakıda istifadə olunub. Lakin bu, UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçirilmiş final matçı və AVRO-2020-nin bu il Bakıda təşkil olunmuş dörd oyunu zamanı baş verib.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024