Ronaldo AVRO-2024-də oynamaq istəyir

    İDMAN

    21 Sentyabr 2022 | 09:23

    Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında oynamaq istəyir.

    Pressa "Sapo" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu daha bir neçə il yığmanın formasını geyinmək niyyətində olduğunu bildirib.

    Təcrübəli forvard özünü motivasiyalı hiss etdiyini söyləyib: "Mənim ambisiyalarım var. Bu il dünya çempionatında oynayacağam və növbəti Avropa çempionatında iştirak etməyi planlaşdırıram".

    Hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Ronaldu 2004, 2008, 2012, 2016 və 2021-ci illərdəki Avropa çempionatlarında, həmçinin 2006, 2010, 2014 və 2018-ci illərdə dünya çempionatlarında forma geyinib.

    Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda Qətərdə gerçəkləşəcək. Portuqaliya H qrupunda Uruqvay, Qana və Cənubi Koreya ilə mübarizə aparacaq.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024