RİNN-də Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü olub

    SİYASƏT

    01 Mart 2023 | 17:16

    Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə səfərdə olan Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

    Pressa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Meksika parlamentləri arasında əməkdaşlığın və iki ölkə arasında kosmik sənaye sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

    Nazir müavini meksikalı deputatlara 2-6 oktyabr tarixində Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi barədə məlumat verib. Bildirib ki, konqresdə dünyanın kosmik sahəsindəki aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr bir araya gələcəklər.

    Bakıda keçiriləcək konqresdə Meksika şirkətlərinin də aktiv iştirakı məsələsi müzakirə olunub. Nümayəndə heyəti Azərbaycanla kosmik sənaye, İKT və startaplar sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıblar.

    Görüşdə Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero və Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib.

     



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024